Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın maliyyə sektorunda əməliyyatları genişləndirməyi planlaşdırır və 2023-cü ildə 3 banka kredit ayıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı ofisinin rəhbəri Kamola Mahmudova məlumat verib.
“AYİB 6 illik fasilədən sonra (2022-ci ildə – İF) yenidən Azərbaycanın maliyyə sektorunun maliyyələşdirilməsinə başlayıb. Hazırda biz bu il müxtəlif alətlərimiz üzrə vəsait alacaq 3 bankı nəzərdən keçiririk. Bu banklar artıq müəyyən edilib”, - deyə o bildirib.
K.Mahmudova əlavə edib ki, AYİB-in alətləri dedikdə, kiçik biznesə, qadın sahibkarlara, ticarətin maliyyələşdirilməsinə dəstək nəzərdə tutulur.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 185 layihənin maliyyələşdirilməsinə 3,8 milyard avroya yaxın vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 33 layihə daxildir və onların həyata keçirilməsinə 800 milyon avrodan çox vəsait ayrılıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət