Azərbaycanda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” şirkətinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə başlanılıb.
“Layihə ölkədə İT sahəsində bacarıqlı kadrların hazırlanmasını və xarici investisiyaların cəlb edilməsini nəzərdə tutur”, - deyə 4SİM-in icraçı direktoru Tamerlan Tağıyev bildirib.
Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasına, bu sahəyə investisiyaların cəlb edilməsinə, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə dəstək göstərməkdir.
“Layihənin birinci mərhələsi Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Mingəçevir şəhərlərini və Naxçıvan Muxtar Respublikasını əhatə edəcək. 80 nəfər İT təlimlərində iştirak edəcək və daha sonra Azərbaycanda fəaliyyət göstərən xarici İT şirkətlərində işlə təmin ediləcək”, - deyə icraçı direktor qeyd edib.
Layihənin həyata keçirilmə müddəti 11 aydır. AYİB bu layihəyə $300 min ayırıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət