“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2022-ci ildə standart kredit portfelini 16,4% - 2 milyard 346 milyon 391,16 min manata qədər artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi bankın hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə standart kreditlərin xüsusi çəkisi 1 faiz bəndi - 66%-dək artıb.
Standart kreditlərin strukturunda 525,16 milyon manat (xüsusi çəki – bütün kredit portfelinin 15%-i) əlavə risklərə məruz qalmış kreditlərin payına düşür.
2022-ci ildə bankın qeyri-standart kreditlərinin həcmi 20,8% - 795 milyon 356,47 min manatadək, xüsusi çəkisi 2 faiz bəndi - 23%-dək artıb.
Qeyri-standart kreditlərin strukturunda ümidsiz kreditlərin həcmi 53,6% - 126 milyon 90,57 min manatadək, xüsusi çəkisi 1 faiz bəndi - 4%-dək artıb.
2022-ci ildə ABB-nin kredit portfeli 13,9% - 3 milyard 530 milyon 582,24 min manata qədər, istehlak kreditləri 24,9% - 972,708 milyon manata qədər, biznes kreditləri 3,2% - 1 milyard 637 milyon 937,29 min manata qədər, daşınmaz əmlak kreditləri 25,4% - 919,937 milyon manata qədər artıb.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir: səhmlərin 96,37%-i dövlətə məxsusdur.
ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan başqa, bankın kapitalında 3,06% fiziki şəxslərə (minoritar səhmdarlara), 0,23% “Aqrarkredit” QSC-yə, 0,34% digər hüquqi şəxslərə məxsusdur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət