Azərbaycan hökuməti “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin özəlləşdirilməsini planlaşdırmır. Bunu Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev deyib.
ABB 2021-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
“Hazırda ABB mənfəətlə işləyir. Buna görə də bankın özəlləşdirilməsini məqsədəuyğun hesab etmirik və bu məsələ gündəmdə deyil” - deyə M.Eynullayev bu gün mətbuat konfransında bildirib.
ABB 2022-ci ili 254 milyon 379,52 min manat məbləğində xalis mənfəətlə (2021-ci illə müqayisədə artım 21,8% - İF) başa vurub.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir: səhmlərin 96,37%-i dövlətə məxsusdur.
ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan başqa, bankın kapitalında 3,06% fiziki şəxslərə (minoritar səhmdarlara), 0,23% “Aqrarkredit” QSC-yə, 0,34% digər hüquqi şəxslərə məxsusdur.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət