“SOCAR Energy Switzerland” şirkəti (SOCAR-ın İsveçrədəki törəməsi) İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsinin tikintisini 2023-cü ilin may ayının sonunadək başa çatdıracaq.
““SOCAR Energy Switzerland” şirkəti fevralın 13-də Bern şəhərinin yaxınlığındakı avtomobil yolunun üzərində “Grauholz Süd” hidrogen yanacaqdoldurma məntəqəsinin inşasına başlayıb. Yanacaqdoldurma məntəqəsinin may ayının sonunadək istismara hazır olacağı gözlənilir, açılış mərasimi iyun ayına planlaşdırılıb”, - deyə şirkətin məlumatında bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Bern şəhərindən Sürixə gedən avtomobil yolunda yerləşən “Grauholz Süd” yanacaqdoldurma məntəqəsində may ayının sonundan etibarən müvafiq olaraq 700 bar və 350 bar olan avtomobillər və yük maşınları üçün bir hidrogen stansiyasının işləyəcəyi gözlənilir. Hidrogenin məntəqəyə gündəlik çatdırılma miqdarı 600 kiloqrama qədər olacaq.
“SOCAR-ın “Grauholz Süd” hidrogen yanacaqdoldurma məntəqəsi İsveçrə avtomobil yolunda ilk və SOCAR tərəfindən idarə olunacaq ilk belə yanacaqdoldurma məntəqəsi olacaq. Şirkət yanacaqdoldurma məntəqəsində yalnız yaşıl hidrogenin satışını həyata keçirəcək”, - deyə məlumatda qeyd olunur.
“SOCAR Energy Switzerland” 2018-ci ildən “H2 Mobility Switzerland” assosiasiyasının üzvüdür və bu sahə üzrə digər özəl şirkətlərlə birgə İsveçrədə ümummilli hidrogen yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılmasını fəal şəkildə təşviq edir.
Xəbər verildiyi kimi, “SOCAR Energy Switzerland” İsveçrədə “Alpiq” və “EW Hofe” şirkətləri ilə birgə Frayenbax bələdiyyəsində gücü 10MVt-a qədər olan elektroliz zavodunin tikintisi layihəsində də iştirak edir. Zavod ildə 1 min tondan 1,2 min tona qədər yaşıl hidrogen istehsal edəcək.
İstehsal edilən hidrogen boru kəməri ilə Fuksberq avtomagistralındakı texniki xidmət stansiyasına göndəriləcək, burada SOCAR hər iki istiqamətdə hidrogen yanacaqdoldurma stansiyaları quraşdıracaq.
Bundan başqa, bu hidrogenin İsveçrədəki digər hidrogen yanacaqdoldurma stansiyalarına çatdırılması üçün infrastruktur tikiləcək.
SOCAR İsveçrədə neft məhsullarının pərakəndə satışı ilə məşğuldur və SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.
SOCAR-ın “Ecco Schweiz GmbH” şirkətinin səhmlərini almasına dair müqavilə 16 noyabr 2011-ci il tarixində Sürixdə imzalanıb. Səhmlərin alınması SOCAR-a ümumilikdə $330 milyona başa gəlib.
“SOCAR Trading” şirkətinin mənzil-qərargahı da Sürixdə yerləşir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət