2022-ci ilin sonuna Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin və hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 44,9% olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2021-ci ilin sonuna bu göstərici 45,4% təşkil edib. 2022-ci ilin I rübünün yekunları üzrə əmanət və depozitlərin dollarlaşma səviyyəsi 46,4%, I yarımilliyin yekunları üzrə 46%, 9 ayın yekunları üzrə isə 45% olub.
2022-ci ilin sonuna hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 52,8% (2021-ci ilin sonuna 52,2%, 2022-ci ilin I yarısının sonuna 54,4%) təşkil edib.
2022-ci ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 39,2% (2021-ci ilin sonuna 41%, 2022-ci ilin iyun ayının sonuna 40,2%) olub.
AMB qeyd edir ki, 2022-ci ildə ev təsərrüfatlarının əmanətləri üzrə dollarlaşma səviyyəsi (qeyri-rezident fiziki şəxslərin əmanətləri nəzərə alınmadan) 5 faiz bəndi - 35,6%-dək azalıb.
2021-ci ildə xarici valyutada əmanət və depozitlərin payı 2,8 faiz bəndi - 45,4%-dək azalıb.
2022-ci il dekabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 36 milyard 249,76 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 24,9% çoxdur. Fiziki şəxslərin əmanətləri 11 milyard 742,95 milyon manat məbləğində (artım 27,1%) qiymətləndirilir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət