“BP-Azerbaijan” şirkəti gələn həftədən Ceyhan terminalından (Türkiyə) neft nəqlinin əvvəlki rejimə qayıdacağını gözləyir. Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
“Məlum olduğu kimi, Türkiyədə baş vermiş zəlzələdən sonra Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Türkiyə hissəsinin və Ceyhan terminalının operatoru neftin tankerlərə yüklənməsi əməliyyatlarını müvəqqəti olaraq dayandırmışdı. Bu əməliyyatlar diqqətli yoxlamalardan və mümkün ziyan qiymətləndirildikdən sonra ötən bazar günü bərpa olunub. Biz bu həftənin sonu – gələn həftədən etibarən Ceyhan terminalında neftin tankerlərə yüklənməsi əməliyyatlarının zəlzələdən əvvəlki rejimə qayıdacağını gözləyirik”, - deyə Q.Counz bu gün mətbuat konfransında bildirib.
O qeyd edib ki, BTC neft kəmərində və onun obyektlərində, nasos stansiyalarında yoxlama nəticəsində ciddi ziyan aşkar olunmayıb.
“Zəlzələdən sonra boru kəməri ilə neftin ixracı dayandırılmayıb. Nəql olunan neft Ceyhan terminalında çənlərə toplanırdı. Yanalma qurğularının yoxlanılması üçün neftin tankerlərə yüklənməsi əməliyyatları müvəqqəti olaraq dayandırılmışdı”, - deyə Q.Counz bildirib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət