“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 mart 2023-cü il tarixindən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə yük avtomaşınları (TİR) daşımaları tariflərinə endirim tətbiq edir.
“Xüsusilə, bir standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçüntarif $1,072 min əvəzinə $1 min təşkil edəcək (azalma 6,7% - İF). Əgər sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif $1,716 min deyil, $1,6 min təşkil edəcək”, - QSC-nin elanında deyilir.
ASCO-nun məlumatına görə, təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib qaydada hesablanacaq.
“Qeyd etmək lazımdır ki, həmçinin, Bakı-Türkmənbaşı-Bakı istiqamətində minik avtomobilləri endirimli tariflərlə daşınır. Hazırda minik avtomobilinin gəmi ilə daşınma qiyməti $325 deyil, $200 təşkil edir (azalma 38,5% - İF). Ümumilikdə, tariflərin ucuzlaşması Türkmənistan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən əlverişli şəraitin yaradılmasına yönəlib”, - məlumatda deyilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət