2022-ci ildə BakıBeynəlxalq Dəniz TicarətLimanı (BBDTL) vasitəsilə Latın Amerikası ölkələrinə daşınan yüklərin həcmi 13 dəfə - 158 min tonadək artıb. Bu barədə Bakı limanından məlumat verilib.
Məlumatda qeyd olunur ki, Argentinanın Azərbaycandakı səfiri Mariangeles Belluscinin rəhbərlik etdiyi səfirlik əməkdaşlarından və Argentinanın aparıcı sənaye şirkəti olan “ProMendoza”nın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Bakı Limanında səfərdə olub.
“Qurumun baş direktoru Taleh Ziyadov görüş zamanı qonaqlara limanın, Azərbaycandan keçərək Avropa və Asiyanı birləşdirən nəqliyyat və logistika dəhlizlərində, o cümlədən Orta Dəhlizin daha da genişləndirilməsində tutduğu mühüm rol, “Azərbaycanın hub konsepsiyası” və limanda investorlar üçün yaradılan əlverişli şərait barədə məlumat verib”, - məlumatda vurğulanıb.
Argentina nümayəndə heyəti transkontinental ticarət əlaqələrinin qurulmasında Bakı Limanının rolunu xüsusi vurğulayıb. “Qeyd olunub ki, argentinalı iş adamları həm Azərbaycan, həm də region ölkələrinin bazarlarına çıxmaq üçün Bakı Limanında mövcud olan və gələcək imkanlarından istifadə etməyi planlaşdırırlar”, - məlumarda qeyd edilir.
Məlumata görə, Bakı Limanı vasitəsilə 2021-ci ildə qeyd edilən istiqamətə 12 min ton yük daşınmışdısa, 2022-ci ildə bu rəqəm 158 min tondan çox olub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət