“SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın Türkiyədəki törəməsi) baş direktoru dəyişib. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
“SOCAR Turkey Refining and Petrochemical Business Unit”in (“SOCAR Turkiye Enerji”nin neft emalı və neft-kimya üzrə vahidi) baş maliyyə direktoru (CFO) Elçin İbadov “SOCAR Turkiye Enerji” şirkətinin baş direktoru vəzifəsinə təyin olunub. İbadov bu vəzifədə Zaur Qəhrəmanovu əvəz edib”, - məlumatda deyilir.
Şirkətin məlumatına əsasən, 2016-cı ildən “SOCAR Turkiye Enerji”nin baş icraçı direktoru vəzifəsində çalışan Qəhrəmanov SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.
Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində araşdırma mütəxəssisi olaraq əmək fəaliyyətinə başlayıb. 2003-cü ildən etibarən 11 il müddətində “PwC” şirkətində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra 2014-2019-cu illər arasında “STAR Oil Refinery” (NEZ) zavodunda maliyyə direktoru və CFO vəzifələrində fəaliyyətini davam etdirib. 2019-cu ilin noyabr ayından etibarən “Petkim”də, həmçinin STAR NEZ, “Petkim”, “SOCAR Depolama” və “SOCAR Petrol Ticaret” şirkətlərini əhatə edən Neft emalı və neft-kimya biznes vahidində baş maliyyə direktoru vəzifəsini icra edib. İbadov iqtisadiyyat, mühasibatlıq, maliyyə, beynəlxalq maliyyə hesabatları standartları və maliyyə auditi mövzularında bir neçə dərsliklərin müəllifi, ACCA, ACFE və IIA kimi beynəlxalq maliyyə və audit təşkilatlarının daimi üzvüdür.
“SOCAR Turkiye Enerji” 2006-cı ilin sonunda Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahəsində investisiya layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb.
Şirkət “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “STAR” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının inşasını həyata keçirmiş şirkət, həmçinin daxili bazara da qaz tədarük edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət