2022-ci ildə Həştərxan və Azərbaycan limanları arasında yük dövriyyəsi 27 min tonu ötüb, bu da 2021-ci ilin göstəricisindən 42% çoxdur. Bu barədə “İnterfaks”a Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov məlumat verib.
“2022-ci ildə regionun şirkətləri dəniz ilə Azərbaycana Rusiya metalı, avadanlqı və digər malların ixracını artırmağa müvəffəq olublar. Ötən il ərzində limanlarımız arasında yük dövriyyəsi 42% artaraq 27 min tondan çox təşkil edib. Həmçinin, dəmir yolu ilə Azərbaycandan AKS məhsullarının tədarükü həyata keçirilib”, - nazir deyib.
O qeyd edib ki, Bakıda Həştərxan Biznes Mərkəzi ikitərəfli münasibətlərin inkişafına fəal qoşulub.
“Nəzərdə tutulduğu kimi, Mərkəz iki ölkənin hökumət və biznesinin iştirakı ilə tədbirlərin keçirilməsi üçün rahat məkana çevrilib. Bir il ərzində gəmiqayırma mövzusu ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar seriyası keçirilib. Sənaye kooperasiyası müzakirə olunub”, - Qolovkov əlavə edib.
O xatırladıb ki, dekabr ayında Həştərxan kənd təsərrüfatı istehsalçıları Azərbaycana səfər edərək bir sıra yerli aqroholdinqləri və fermer təsərrüfatlarını ziyarət ediblər. Aqrosənaye konfransı keçirilib və ət emalı, heyvandarlıq, istixana təsərrüfatı və müxtəlif malların tədarükünün təşkili sahəsində əməkdaşlıq məsələləri ilə bağlı danışıqlar aparılıb. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət