Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” MMC həftədə iki dəfə Səudiyyə Ərəbistanının Dammam şəhərinə, habelə Özbəkistanın paytaxtı Daşkəndə müntəzəm yükdaşıma reyslərinə başlayır.
“Bu müntəzəm reyslər yüklərin Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa olaraq Dammamdakı Kral Fahd Beynəlxalq Hava Limanına və Daşkənd Beynəlxalq Hava Limanına çatdırılmasına imkan verəcək”, - şirkətin məlumatında deyilir.
Son 10 il ərzində “Silk Way West Airlines” hər iki istiqamətə ildə bir neçə dəfə çarter reysləri ilə tekstil, avtomobil, tez xarab olan mallar və digər yüklərin daşınması xidmətini göstərib.
“Dammam və Daşkənd istiqamətində bu marşrutların açılması ilə aviaşirkət Yaxın Şərq və Asiya kontinental yükdaşıma şəbəkəsindəki rolunu gücləndirəcək və həm yerli, həm də beynəlxalq tərəfdaşlar üçün hava yükdaşımaları xidmətlərinin keyfiyyətini artıracaq. Həmçinin yeni marşrutlar “Silk Way West Airlines” şirkətinin qlobal şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirərək və artan beynəlxalq tələbata xidmət edərək, strateji məqsədlərinə nail olmağa imkan verəcək”, - məlumatda vurğulanır.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət