Prezident İlham Əliyev hesab edir ki, Bakı və Buxarest xüsusilə enerji sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensiala malikdir.
Dövlət başçısı bu sözləri fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
İkitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini deyib. Dövlət başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğulayıb və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirib.
“Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu deyib, İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda qeyd olunub.
Öz növbəsində, İon-Marçel Çolako ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malikdir və Avropa İttifaqının strateji tərəfdaşıdır.
Görüşdə ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.
Qeyd edək ki, Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolako Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə fevralın 26-da Azərbaycana səfərə gəlib. Səfər fevralın 28-dək davam edəcək.
Nümayəndə heyətinin səfəri çərçivəsində müxtəlif görüşlər planlaşdırılıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət