Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun görüşündə Bakı və Buxarest arasında bərə və birbaşa hava əlaqəsinin açılması məsələləri, habelə ölkələrin birgə enerji layihələri müzakirə olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Çolako Facebook səhifəsində yazıb.
O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Rumıniyanın birinci iqtisadi tərəfdaşıdır.
“Yeni enerji layihələri bizi daha yüksək əməkdaşlıq səviyyəsinə çıxaracaq”, - deyə sədr yazıb.
O qeyd edib ki, artıq Azərbaycan şirkətlərinin beynəlxalq səviyyədə tanınmış təcrübəyə malik olduğu gübrə və tikinti materialları sektorunda şirkətlərin investisiyalarına şərait yaradan əməkdaşlıq sxemləri hazırlanır.
“Nəhayət, biz vurğuladıq ki, böyük enerji layihələri, gübrə və tikinti ilə yanaşı, Bakı ilə Buxarest arasında birbaşa hava əlaqəsinin açılması da nəzərdən keçirilməlidir”, - deyə Çolako bildirib.
O əlavə edib ki, Azərbaycan tərəfi Rumıniya investorlarını Azərbaycanda xüsusilə əczaçılıq sənayesi və kənd təsərrüfatı sektorunda layihələrin reallaşdırılmasına başlamağa təşviq edir.
Xatırladaq ki, Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolako Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə 26-28 fevral tarixlərində Azərbaycanda səfərdədir.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət