Rusiyada Azərbaycan şərablarının marketinq kampaniyasının keçirilməsi planlaşdırılır. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPOMO) icraçı direktoru Yusif Abdullayev deyib.
“AZPROMO və Kənd Təsərrüfatı Nazirliyi şərab bazarlarında araşdırma aparır. Biz bu il Rusiyada şərabların marketinq kampaniyasını keçirməyi planlaşdırırıq və bunun çox uğurlu olacağına ümid edirik”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Abdullayev, həmçinin qeyd edib ki, bu il Azərbaycandan Türkiyəyə alkoqollu içkilərin ixrac kvotasının artırılması gözlənilir.
“Türkiyədə də şərabların marketinq kampaniyasının keçirilməsi planlaşdırılır. Bu cür kampaniyalar gələcəkdə Mərkəzi Asiya ölkələrində də təşkil olunacaq”, - deyə icraçı direktor əlavə edib.
Azərbaycan şərabının ixracı məsələsinə toxunan Abdullayev qeyd edib ki, 2022-ci ildə xarici bazarlara $6 milyon dəyərində şərab məhsulları ixrac edilib. “Bu, elə də çox deyil, ancaq bunun obyektiv səbəbləri var. Biz şərabın hazırlandığı texniki üzüm sortlarının, xüsusilə yerli sortların əkin sahələrini artırmalıyıq”, - deyə o vurğulayıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət