Avropa İttifaqında (Aİ) Ermənistan və Azərbaycanı təmkinli olmağa, Cənubi Qafqazda sabitliyin pozulmasına yönələn fəaliyyətin qarşısını almağa çağırıblar.
“Biz bütün maraqlı tərəfləri, regional sabitliyi daha da pozacaq və sülh prosesini təhlükə altına qoyacaq istənilən gələcək fəaliyyətin qarşısnı almaq məqsədilə təmkinli olmağa çağırırıq”, - bazar ertəsi Aİ-nin xarici siyasi xidmətindən vəyan ediblər.
Qeyd olunub ki, Aİ dünən baş vermiş insidentdən təəssüf hissi duyur və vurğulanıb ki, təfərrüatlar “ətraflı araşdırılmalıdır”.
Bazar günü Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Qarabağ iqtisadi rayonunda hərbi təxribat törətməsi ilə bağlı məlumat yayıb.
“Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib”, - məlumatda bildirilir.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.
Daha sonra Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şəhriyar Əlibəyli və Eşqin Hüseynov şəhid olublar. **
R.Kərimov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət