2022-ci il dekabrın 30-na İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə Bakıda yaşayan vətəndaşlara 33,141 min ipoteka krediti verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
30 dekabr 2022-ci il tarixinə İKZF-nin xətti ilə 42,273 min ipoteka krediti verilib. Beləliklə, fondun xətti ilə verilən bütün ipoteka kreditlərinin 78,4%-i Bakının payına düşüb.
Dekabrın 30-na Sumqayıtda 3,302 min, Abşeron rayonunda (Xırdalan) – 3,194 min, Gəncədə - 1,286 min, Naxçıvanda - 481 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərlərinin payına düşüb.
Fondun məlumatına əsasən, 2022-ci ilin sonuna fondun müvəkkil bankları tərəfindən 2,253 milyard manat məbləğində kredit təkrar maliyyələşdirilib. Verilmiş ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 416 milyon manat, güzəştli kdeditlər daxil olmaqla – 753 milyon manat (ipoteka kreditlşməsinin ümumi həcmindən 31,17%) təşkil edib.
18-29 yaş arasında olan şəxslər (bütün ipoteka kreditlərinin 34,28%-i) – 14,49 min ipoteka krediti, 30-35 yaş arasında olan şəxslər (33,82%) – 14,298 min ipoteka krediti, 35 yaşdan yuxarı şəxslər (30,2%) -13,485 min ipoteka krediti daha çox götürürlər.
Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 93%-i çoxmərtəbəli yaşayış binalarında mənzil alışı, 7%-i – fərdi evlərin alışı ilə əlaqədardır. Bununla yanaşı, ipoteka kreditlərinin 34,48% -i 41-60 kv.metrlik, 29,44% -i 61-80 kv.metrlik, 14,65% -i 81-100 kv.m.-lik sahə, qalan hissəsi isə s. sahələrlə mənzil almaq üçün verilib.
Ümumilikdə, 34,73% ipotekaya alınan mənzilin dəyəri 30-60 min manat, 33,92% - 60-90 min manat. 16,15% - 120 min manatdan çox, 13,75% - 90-120 min manat, 1,45% - 30 min manatadək təşkil edir.
Ipotekaya daha fəal şəkildə evli şəxslər (69%), kişilər (80%) mənzil əldə edirlər. Bununla yanaşı, borcalanların 61,65%-nin aylıq gəliri 1,1 min manatdan çoxdur.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir.
Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət