Hazırda Türkmənistandan gündəlik Azərbaycana svop qaz tədarükü sazişi çərçivəsində İran ərazisindən keçməklə qaz tədarükünün həcmi 7 milyon kubmetr təşkil edir. Bu barədə İranınMilli Qaz Şirkətinin(NIGC) rəsmi nümayəndəsiMəhəmməd RzaColayiməlumat verib.
“Hazırda (İrana - İF) svop qaz tədarükü sazişi çərçivəsində qonşu Türkmənistandan (gündəlik - İF) 10 milyon kubmetr qaz idxal olunur, bunun 7 milyon kubmetri Azərbaycana nəql edilir”, - cümə günü Tasnim agentliyi Məhəmməd RzaColayinin sözlərindən sitat gətirib.
Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən 2022-ci ilin yanvar ayında Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqlinə başlanılıb. Saziş Azərbaycana ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının nəql edilməsini nəzərdə tutur.
2022-ci il iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci arasında Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən İran ərazisi ilə Azərbaycana nəql olunan Türkmənistan qazının həcmi iki dəfə artırılacaq. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət