İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməyə çıxarılacaq orta və iri dövlət müəssisələrinin siyahısını hazırlayıb.
Dövlət Xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, ölkə iqtisadiyyatına daha iri həcmdə investisiyaların cəlb edilməsi, mənəvi və fiziki cəhətdən aşınmış müəssisələrin texnoloji modernləşdirilməsi, onların potensialının səfərbər edilərək rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması, eləcə də yeni iş yerlərinin yaradılması məqsədilə müsabiqələrə çıxarılan müəssisələr real bazar dəyərindən aşağı qiymətə təklif olunmaqla, potensial investorlara dəstək tədbirlərinin tətbiqi imkanları da nəzərdən keçirilə bilər.
Siyahıya 22 orta və iri dövlət müəssisəsi daxil edilib.
Onların arasında ən iri müəssisə “Azəripək” MMC-dir. Xam ipək və ipək parçadan müxtəlif məhsulların istehsalı ilə məşğul olan müəssisənin nizamnamə kapitalı 8 milyon 119,579 min manatdır.
Bundan başqa, qənnadı məmulatlarının istehsalı ilə məşğul olan “Gəncə-Qənnadı” ASC-nin (nizamnamə kapitalı 5 milyon 280,19 min manatdır); polietilen və şüşə plastik boru, kompozit armatur istehsalı ilə məşğul olan “ASK İzolit” MMC-nin (2 milyon 696,689 min manat); konserv məhsullarının hazırlanması ilə məşğul olan və nizamnamə kapitalı 2 milyon 478 min manat təşkil edən Şəki Konserv zavodunun (əmlak kompleksi); mahlıc emalı, iplik, trikotaj, tekstil məhsulları istehsalı ilə məşğul olan “ASK Tekstil” MMC-nin (1 milyon 814,379 min manat) özəlləşdirilməyə çıxarılması planlaşdırılır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət