“Mosprom” Mərkəzi 2023-cü ildə Moskva iş adamlarının Azərbaycana biznes-missiyalarını təşkil etməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu il mərkəz tərəfindən ən azı 13 biznes-missiyanın təşkili nəzərdə tutulur.
“Xarici iqtisadi fəaliyyətin inkişafına dəstək məqsədilə “Mosprom” ilin sonunadək 13-dən çox biznes-missiya təşkil edəcək”, - deyə Moskva şəhərinin İnvestisiya və Sənaye Siyasəti Departamentinin rəhbəri Vladislav Ovçinski bildirib.
O əlavə edib ki, biznes-missiyalarda sənaye və aqrar sektorun təmsilçiləri iştirak edə bilərlər.
Xüsusilə mayda ərzaq məhsulları və içki istehsalçıları Azərbaycana səfər edə biləcəklər.
Bundan başqa, sənaye avadanlıqları istehsalçıları və aqrar-sənaye sektorunda təmsil olunan şirkətlərin nümayəndələri payızda Azərbaycanda danışıqlar aparacaqlar.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət