Azərbaycan 2023-cü ilin yanvar ayında Hindistandan tütün və onun sənaye əvəzedicilərinin ən iri idxalçılarından biri olub.
Hindistanın Ticarət və Sənaye Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yanvar ayında Azərbaycana $4,81 milyon dəyərində (artım 16 dəfə) tütün və onun sənaye əvəzediciləri ixrac edilib.
2023-cü ilin yanvar ayında Hindistan $71,77 milyon dəyərində (illik ifadədə 10,5% artım) tütün və onun sənaye əvəzedicilərini ixrac edib.
Yanvarda idxalçıların ilk beşliyində BƏƏ ($11,81 milyon), Belçika ($10,71 milyon), Nigeriya ($8,18 milyon), Azərbaycan ($4,81 milyon) və ABŞ ($4 milyon) yer alıb.
2022-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayınadək (cari maliyyə ilinin 10 ayı) Hindistandan Azərbaycana $25,08 milyon dəyərində (2021-ci ilin aprel ayından 2022-ci ilin yanvar ayınadək olan dövrlə müqayisədə artım 12 dəfə) tütün və onun sənaye əvəzediciləri ixrac edilib.
Nazirlikdən verilən məlumata görə, bu ilin yanvar ayında Hindistandan Azərbaycana $2,29 milyon dəyərində 12 min ədəd smartfon ixrac edilib. 2022-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayınadək sözügedən məhsulun ixrac həcmi $19,68 milyon (114,16 min ədəd) təşkil edib.
2023-cü ilin yanvar ayında Hindistandan Azərbaycana ixracın ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,1 dəfə artaraq $10,35 milyon təşkil edib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət