Azərbaycanın bank sektorunda təmərküzləşmə orta və aşağı səviyyədədir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Mərkəzi Bankın 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatında deyilir.
Təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan Herfindahl-Hirschman İndeksinə (HHİ) əsasən, 2022-ci ilin sonu üzrə bank sektorunda təmərküzləşmə aktivlər və depozitlər üzrə orta (müvafiq olaraq 1584 və 1819), kredit portfeli üzrə isə aşağı (982) səviyyədə olub.
“Bank sistemində təmərküzləşmə aşağı və orta səviyyədədir. Bunun səbəbi sektorda xırda və orta həcmli bankların sayının çox olmasıdır”, - deyə hesabatda qeyd olunur.
AMB qeyd edir ki, ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası son illərdə təmərküzləşmənin artdığını göstərir. Belə ki, 2022-ci ildə ən böyük 3 bankın aktivlər üzrə bazar payı 65% (2019-cu ildə 56%), depozit portfeli üzrə bazar payı 13 f.b. artaraq 70%, kredit portfeli üzrə bazar payı isə 8 f.b. artaraq 48% olub.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət