“AzerGold” QSC tərəfindən 2022-ci il ərzində dövlət büdcəsinə 39.2 milyon manat vergi ödənilib ki, bu da 2021-ci ilin göstəricisindən 32% çoxdur. Bu barədə “AzerGold”un məlumatında deyilir.
Hesabat ilində Cəmiyyətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri 5.3 milyon manatdan çox olub (+60%).
Cəmiyyətin ümumi fəaliyyət dövrü ərzində vergi ödənişləri 103.7 milyon manat, DSMF ödənişləri isə 14.7 milyon manat təşkil edib.
2021-ci ildə vergi ödənişləri 29.7 milyon manat, DSMF ödənişləri isə 3.3 milyon manat təşkil edib.
“AzerGold” 2022-ci ildə 62,1 min unsiya qızıl (artım 0,9%) və 223,1 min unsiya gümüş (artım 65,9%) hasil edib. 2023-cü ildə qızıl hasilatı 62,5 min unsiya, gümüş hasilatı 108,3 min unsiya həcmində nəzərdə tutulur.
2022-ci ildə “AzerGold” QSC tərəfindən 63.5 min unsiya qızıl (artım 6,1%) və 207.8 min unsiya gümüş (artım 56,3%) satılıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. “AzerGold” Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət