“Finca Azerbaycan” BOKT cümə axşamı hərracda 3 milyon manat dəyərində istiqrazlar yerləşdirib.
“İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından məlumat verilib ki, hərrac zamanı 7 investor tərəfindən 7 sifariş təqdim edilib.
Hərracın yekunlarına dair istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon manat təşkil edib.
Beləliklə, 2021-2023-cü illərdə “Finca Azerbaycan” 12 milyon manatlıq istiqrazlar yerləşdirib.
Xəbər verildiyi kimi, “Finca Azerbaycan” BOKT 10 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. İstiqarzların 3 tranş ilə yerləşdirilməsi planlaşdırılır: birinci və ikinci tranşlar hər biri 3 milyon manat, üçüncü – 4 milyon manat təşkil edəcək.
Emissiya hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 24 ay, illik gəlirlilik - 12,5% təşkil edəcək. Faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək.
1999-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınmış “Finca Azerbaycan” BOKT riteyl və mikrokreditləşmə bazarında əməliyyatlar həyata keçirir. Təşkilatın nizamnamə kapitalı 3 milyon 756,572 min manata bərabərdir, yeganə təsisçisi “Finca Microfinance Cooperatief U.A.” şirkətidir (Niderland). 2021-ci ilin sonuna BOKT-un aktivləri 35,87 milyon manat, kapitalı - 15,44 milyon manat, öhdəlikləri – 20,4 milyon manat məbləğində qiymətləndirilir. Ötən ilin yekunları üzrə təşkilatın mənfəəti 2,6 milyon manat təşkil edib.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət