2022-ci ilin yekunları üzrə “Azərbaycan Sənaye Sığorta” ASC-nin zərəri 2 milyon 475,766 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, şirkət 2021-ci ili 1 milyon 983,617 min manat məbləğində xalis mənfəətlə başa vurub.
Maliyyə hesabatına əsasən, 2022-ci il ərzində şirkətin gəlirləri 10 milyon 50,852 min manat (azalma 24,4%), sığorta haqları 14 milyon 492,043 min manat (artım 20,5%), investisiya gəlirləri 940,109 min manat təşkil edib. Həmçinin, 2022-ci ildə slöorta ehtiyatlarının mənfi göstəricisi 5,97 milyon manat təşkil edib, bu da gəlirlərin azalmasına gətirib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il “Azərbaycan Sənaye Sığorta” şirkətinin xərcləri 12 milyon 526.,618 min manat (artım 5,8%), sığorta ödənişləri 4 milyon 896,011 min manat (artım 14,6%), təkrar sığortaya verilən risklər 2 milyon 427,954 min manat, sığorta işinin aparılması xərcləri 4 milyon 945,83 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2022-ci ildə şirkətin aktivləri 2,1 dəfə - 42 milyon 520,374 min manatadək, öhdəlikləri 4,4 dəfə – 33 milyon 987,998 min manatadək artıb, kapitalı 34,4% - 8 milyon 532,376 min manatadək azalıb.
Hesabat ilində şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 0.8% - 15 milyon 816 min manatadək artıb.
"Azərbaycan Sənaye Sığorta" şirkəti “Azersun Holding” şirkətlər qrupuna daxildir. Səhmdarları 2 hüquqi şəxs - “Azərbaycan Sənaye Bankı” və “Anadolu Investment Company” MMC-dir. Şirkətin nizamnamə kapitalı 11 milyon manata bərabərdir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət