ABŞ şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətindədir. Bunu ABŞ-ın ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman deyib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda səfərdə olan A.Venkataramanla görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, A.Venkataraman ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib, iqtisadi əlaqələrin genişləndirilməsi istqamətləri barədə fikirlərini bölüşüb. Bunun üçün şirkətlər arasında işgüzar dialoqun intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Öz növbəsində, E.Əliyev Azərbaycanın enerji sahəsində ABŞ-la uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
“Bununla belə, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından, xüsusilə kənd təsərrüfatı, logistika, nou-hau və s. sahələrin böyük potensialı mövcuddur”, - deyə o qeyd edib.
Görüşdə, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialının daha da genişləndirilməsi üçün birgə səylərin vacibliyi qeyd edilib.
E.Əliyev məlumat verib ki, ABŞ Azərbaycan iqtisadiyyatına $18 milyarddan çox investisiya yatırıb.
Qeyd olunub ki, ABŞ-Azərbaycan Ticarət Palatası investisiya əməkdaşlığının inkişafı, ikitərəfli işgüzar əlaqələrin qurulması üçün səmərəli mexanizmdir. Bu il Birləşmiş Ştatlara təşkili nəzərdə tutulan ticarət missiyası da biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcək.
Görüşdə ticarət və investisiya əlaqələrinin təşviqi, enerji diversifikasiyası, texnologiyaların transferi, logistika, “yaşıl” enerji və rəqəmsal iqtisadiyyat sahələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət