Azərbaycan AI-də vacib regional lider və aşağı karbonlu hidrogen tədarükçüsü ola bilər, ölkənin illik gəlirləri $230-500 milyon təşkil edə bilər. Boston Consulting Group (BCG) şirkətinin ekspertləri belə hesab edirlər.
№Yaşıl hidrogen sənayesinin inkişafı üçün lazım olan bütün amillərin mövcudluğu sayəsində Azərbaycan regional lider və Aİ-nin etibarlı tədarükçüsü ola bilər. Avropanın güzəştli maliyyələşdirmə proqramı REPowerEU çərçivəsində «yaşıl» enerji layihələrinə dəstək və investorların artan marağı bərpaolunan enerji mənbələri sektorunun (BEM) və ölkə iqtisadiyyatının hidrogen sektorunun sürətli inkişafı üçün əlverişli şərait yaradır”, - şirkətin “İnterfaks-Azərbaycan”ın əldə etdiyi araşdırmasında qeyd olunur.
BCG-nin icraçı direktoru və tərəfdaşı Vladimir Roqovun rəyinə görə, Azərbaycanın bərpaolunan enerji potensialı “son dərəcə yüksəkdir», bu da mühüm rəqabət üstünlüyünü, yəni yaşıl hidrogen istehsalının aşağı maya dəyərini təmin etməyə imkan verir.
Roqov vurğulayıb ki, «Global Solar Atlas»ın məlumatına görə, Azərbaycanda günəş generasiyasının potensialı İtaliyanın cənubu ilə müqayisə edilir və Almaniyadan təxminən 1,5 dəfə çoxdur, Abşeron yarımadasında külək enerjisinin potensialı isə Şimali dənizin şelf rayonları ilə müqayisə edilir.
"Azərbaycanda hidrogen sektorunun inkişafı üçün lazım olan bütün komponentlərin unikal birləşməsini görürük. Təbii ehtiyatlar var, infrastruktur var və istehlakçı da var. Və bütün bunlar kompakt bölgədədir", - o qeyd edib.
Roqovun qiymətləndirmələrinə görə, Avropada bir kq hidrogenin gözlənilən qiyməti $5,8 nəzərə alınmaqla Azərbaycan illik təxminən $230-500 milyon həcmdə gəlir əldə edə bilər.
«Beləliklə, boru vasitəsilə tədarük zamanı yaşıl hidrogenin maya dəyəri yüksək rəqabət qabiliyyətini nümayiş etdirə bilər və mühüm marja üçün zəmanət verə bilər», - ekspert qeyd edir.
Onun fikrincə, xüsusilə Afrika ölkələrindən Saharadan cənuba doğru ixracla və ya xaricdən maye hidrogenin son dərəcə qeyri-səmərəli nəqli ilə müqayisədə Azərbaycan Avropaya mövcud qaz kəmərləri şəbəkələri vasitəsilə 10-15%-ə qədər hidrogeni səmərəli və gəlirli nəql edə bilər.
“Yeni boru kəmərlərini dərhal hidrogenə olan tələbatın gələcək həcmini hesablamaqla tikmək önəmlidir. Misal üçün, TAP ilə illik qaz nəqlinin 11 milyard kubmetr həcmi halında Azərbaycandan hidrogen nəqli potensialı illik – 40-85 min ton (qaz həmindən 5-10%) təşkil edir. Bu, 20303-cu ildə İtaliyada hidrogen üçün proqnozlaşdırılan tələbatın (2,3 milyon ton) yalnız 2-4%-ni təşkil edəcək”, - Roqov məlumat verib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycanda əldə edilmiş elektrik enerjisinin ixracı və onun «yaşıl» hidrogen istehsalı üçün istifadəsi hesablanmaqla 25 QVt-lıq bərpa imkanları yaratmaq üçün layihələr planlaşdırılır və həyata keçirilir. «Yaşıl» hidrogen istehsalı üzrə aparıcı şirkətlər - Masdar, ACWA Power, bp, Fortescue Future Industries ilə təcrübə mübadiləsi təşkil olunur.
2022-ci ilin dekabr ayında Energetika Nazirliyi ilə AYİB arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində ölkəmizdə aşağı karbonlu elektroenergetika sektorunun inkişafına nail olmaq məqsədilə bərpa olunan enerjinin təşviqinə, şəbəkənin təkmilləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına, metan emissiyalarının azaldılmasına dəstək, həmçinin “yaşıl hidrogen” də daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu çərçivədə enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanması planlaşdırılır.
BCG 1963-cü ildə təsis edilib, idarəçilik konsaltinqində ixtisaslaşır. Bu gün dünyanın 50-dən çox ölkəsində BCG-nin 100-dən çox ofisi fəaliyyət göstərir. Bakı ofisi 2022-ci ilin iyun ayında açılıb. BCG-nin həlləri menecment konsaltinqi sahəsində qabaqcıl təcrübələrə, habelə mütərəqqi texnologiyalar və təşkilatın inkişaf prinsipləri, rəqəmsallaşdırma prosesləri və müştərinin biznes məqsədləri ilə bağlı dərin bilgilərə söykənirlər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət