Azərbaycan və Qazaxıstan biznes subyektləri Bakıda ticarət-qitisadi missiyanın (4-6 aprel) yekunlarına dair $55 milyon dəyərində müqavilələr imzalayıblar.
“İnterfaks-Azərbaycan” agentliyi QazTrade saytına istinadən məlumat verir ki, ticarət missiyasında müxtəlif istiqamətlər üzrə - ərzaq istehsalı, metallurgiya və metal emalı, İT xidmətlər, kimya snayesi, tikinti sənayesi və maşınqayırma sahəsində 20 Qazaxıstan mallarının istehsalçısı iştirak edib.
Azərbaycan tərəfindən ticarət-iqtisadi missiyanı 100-dən çox müəssisə ziyarət edib.
Qazaxıstan biznesinin nümayəndələri üçün milli şirkətlərin və hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə B2B formatında ikitərəfli danışıqlar, Azərbaycanın ən iti ticarət şəbəkələri və distribyutorları ilə görüşlər təşkil olunub.
Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev qeyd edib ki, B2B görüşlər sahibkarlar arasında qarşılıqlı ticarət-iqtisadi fəaliyyəti möhkəmləndirməyə kömək edir. “Azərbaycan bazarı Qazaxıstan sahibkarı üçün maraqlıdır. Lakin qarşılıqlı ticarət potensialımızın heç yaraısı belə istifadə olunmur. Buna baxmayaraq, Azərbaycan bazarında Qazaxıstan mallarına və Qazaxıstanda Azərbaycan mallarına tələbat var. Biz üçüncü ölkələrin bazarlarına da birlikdə çıxış əldə edə bilərik. Üstəlik, ərazilərimizdən mühüm beynəlxalq nəqliyyat dəhlizləri keçir", - Torebayev bildirib.
Bakıda keçirilən ticarət-iqtisadi missiyanın yekunlarına dair akkumulyatorların, polad vərəqələrin, ərzaq məhsullarının tədarükü üçün Azərbaycan əks-tərəfdaşları ilə razılıq əldə olunub. Bakıda bağlanmış müqavilələrin ümumi məbləği artıq $55 milyon təşkil edib. Sahibkarlar öz məhsullarının Azərbaycana tədarükü ilə bağlı danışıqlar prosesini davam etdirirlər. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət