Tacikistan prezidenti Emoməli Rəhmon bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsinə dair razılığa gəliblər.
“Bu gün biz ticarət-iqtisadi qarşılıqlı əlaqələri müzakirə etdik. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin tərəflərin potensialına cavab vermədiyinə dair razılığa gəldik. Bununla əlaqədar, bu həcmin artırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinə dair razılaşdıq”, - Rəhmon Azərbaycan prezidenti ilə danışıqların yekunlarına dair mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
O qeyd edib ki, Tacikistan və Azərbaycan 30 illik diplomatic mnasibətlər ərzində effektiv qarşılıqlı münasibətlər mexanizmi təşkil etməyə və mühüm nəticələr əldə etməyə müvəffəq olub.
“Bir çox mənada, Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum və böyük yoldaşım Heydər Əliyevin təməlində durduğu yüksək səviyyədə sıx etibarlı təmaslar buna şərait yaradır. Gələn ay Tacikistanda Heydər Əliyevin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyev ölkə üçün ən taleyüklü dövrdə öz şanlı xalqının həqiqətən milli lideri olub və ölkəni sabitlik və inkişaf yoluna çıxarıb. Hörmətli İlham Heydər oglunun səfəri təkcə bu əlaqələrin deyil, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyətinin məntiqi davamıdır", - Rəhmon qeyd edib.
O vurğulayıb ki, Əliyev ilə danışıqlar “hər zaman olduğu kimi, ikitərəfli qarşılıqlı əlaqələnin inkişafı və dərinləşməsinə yönəlmiş yaradıcı xarakter daşıyırdı".
"Danışıqlar zamanı ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini ətraflı nəzərdən keçirdik, həm də bizim üçün aktual olan bütün məsələlər barədə də ətraflı fikir mübadiləsi apardıq. Bu gün imzalanmış ikitərəfli sənədlər əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsinə və əlavə edilməsinə yönəldilir. Danışıqlar çərçivəsində biz investisiya, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-enerji kompleksində qarşılıqlı əlaqə istiqamətlərinə ayrı-ayrılıqda diqqət yetirdik", - o qeyd edib.
Rahmon əlavə edib ki, sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesində, tikinti materiallarının istehsalı, alüminium, pambıq lifinin, qiymətli və yarı qiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.
"Biz enerji sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənməsində Azərbaycan şirkətlərinin iştirakı ilə maraqlandığımızı təsdiqlədik. Biz Azərbaycanın rahat tranzit imkanlarından fəal istifadə etməyə davam edəcəyik və Tacikistan dövlət və kommersiya qurumlarının yük daşımalarının həcmini artıracağıq", - o bildirib.
Onun sözlərinə görə, iki ölkənin liderləri regional və beynəlxalq xarakterli aktual məsələlərin bütövlüyü ilə bağlı fikir mübadiləsi aparıblar, beynəlxalq mövzu və bölgələrimizdəki vəziyyəti ətraflı müzakirə ediblər, beynəlxalq və regional təşkilatların meydançalarında gələcəkdə qarşılıqlı əlaqənin vacibliyini qeyd ediblər.
"Çoxtərəfli meydançalarda, ilk növbədə BMT-də biri-birinin namizədliyini və təşəbbüslərini qarşılıqlı dəstəkləmə təcrübəsini davam etdirmək barədə razılığa gəldik. Biz Tacikistanın su və iqlim istiqamətində irəli sürdüyü qlobal təşəbbüslərə dəstək verdiyinə görə Azərbaycan tərəfinə təşəkkürümüzü bildirdik", - Tacikistan prezidenti bildirib.
«Bugünkü danışıqların nəticələri bizə ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinlik və xeyirxah ümidlərlə baxmağa imkan verir», - o deyib.
Azərbaycan prezidenti Ilham Əliyev öz çıxışında Rəhmonu Azərbaycana səfərə dəvət edib.
"Azərbaycan Respublikasına səfərə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Mən ilk əlverişli fürsətdə Sizin xoş dəvətinizdən mütləq istifadə edəcəyəm", - Tacikistan prezidenti cavabında bildirib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət