Maliyyə axınları göstəriciləri 2023-cü ilin I rübündə iqtisadi aktivliyin artım temdensiyasının qorunmasına göstərir, həmçinin bu templər 2018-2022-ci illərdə olduğundan yüksəkdir. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, AMB 2023-cü ilin I rübü üzrə sahələrarası maliyyə axınlarının monitorinqini dərc edib.
Təhlilin məlumatına əsasən, AMB maliyyə axınları ilə ÜDM arasında korrelyasiyanın yüksək olduğunu göstərir.
AMB-nin məlumatına görə, I rübdə maliyyə axınlarının həcmi 19 milyard 247,4 milyon manat (2022-ci ilin yanvar-mart aylarında 17 milyard 574,2 milyon manat), yəni artım 9.5% təşkil edib.
Təhlilə əsasən,2023-cü ilin birinci rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (21.2%), tikinti (15.3%), topdan və pərsakəndə ticarət (13.6%) və mədənçıxarma sənayesi (10,2%) olub. Yanvar-mart aylarında daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (1 milyard 381 milyon manat artım), ticarət, nəqliyyat vasitələrinin təmiri (720,2 milyon manat artım) və emal sənayesi (423 milyon manat artım) sahələri olub.
AMB qeyd edir ki, I rübdə dövlət idarəetməsi və müdafiə sektoru üzrə daxilolmalar 4 milyard 74,5 milyon manat (-24,9%), tikinti üzrə 2 milyard 940,5 milyon manat (+88,5%), topdan və pərakəndə ticarət üzrə 2 milyard 616,8 milyon manat (+17%), emal sənayesi üzrə 1 milyard 586 milyon manat (+3,1%), mədənçıxarma sənayesi üzrə 1 milyard 965 milyon manat (+27,4%), maliyyə və sığorta fəaliyyəti üzrə 1 milyard 498,2 milyon manat (-35%) təşkil edib.
I rübdə maliyyə axınlarının dinamikasında ən yüksək artım nəqliyyat və anbat təsərrüfatı sahəsi üzrə qeydə alınıb. Bu sahə üzrə ödəniş daxilolmaları 2.9 dəfə artaraq 1 milyard 98,4 milyon manat təşkil edib. Artıma poçt sektoru (+497,6 milyon manat), hava nəqliyyatı ilə sərnişindaşınma (+79,2 milyon manat) və dəmir yolu ilə şəhərlərarası daşımalar (+38,4 milyon manat) təsir edib.
AMB qeyd edir ki, birinci rübdə ticarət sektorunda ödəniş daxilolmaları ümumi daxilolmaların 24,3%-ni təşkil etməklə 4 milyard 668,6 milyon manat, qeyri-ticari sektorda isə 75,7% təşkil etməklə 14 milyard 578,7 milyon manat olub.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət