ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ermənistan və Azərbaycanı gərginliyi aradan qaldırmağa çağırıb.
“Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı xəbər aldım. ATƏT tərəflər arasında kommunikasiyanın mümkün olması, belə insidentlərin qarşısının alınması üçün öz resurslarını təklif edə bilər. Biz əlimizdəki bütün imkanları təqdim edəcəyik ki, dialoq və kommunikasiya mümkün olsun”, - deyə Osmani bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər iki ölkə üçün sülh vacibdir. “Tərəfləri sülhün təmin edilməsi mexanizmlərindən istifadə etməyə çağırıram. Bütün münaqişələr, o cümlədən Ermənistanla Azərbaycan arasında münaqişə sülh yolu ilə həll olunmalıdır. ATƏT-in sədri kimi sülhün təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləyirəm”, - deyə Osmani qeyd edib.
Nazir, həmçinin Ermənistanla Azərbaycan arasında birbaşa təmasların davam etdirilməsinə tərəfdar olduğunu deyib.
O əlavə edib ki, məqsədi regionda sülh və təhlükəsizliyin təşviqi üçün Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsidir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət