“Azerbaijan Fish Farm” şirkəti Kür Təcrübə Nərə Balıqartırma Zavoduna 16 milyon manat sərmayə qoyub. Bu barədə bu gün jurnalistlərə Əmlak Məsələləri Dövlət Xidmətinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Səbuhi Qəhrmanov məlumat verib.
“Azerbaijan Fish Farm” tərəfindən zavod 2018-ci ildə özəlləşdirilib.
Qəhrəmanov qeyd edib ki, 16 milyon manat investisiya sazişinə əsasən yatırılıb və müəssisədə 90 yeni iş yeri açılıb.
Hazırda müəssisədə nərə balığı əti və kürüsü istehsal olunur.
Zavodun istehsal gücü ildə 200 ton nərə balığı əti və 10 ton kürü təşkil edir.
Hazırda 35 ton balıq əti və 1,2 ton kürü istehsal edilir.
Şöbə rəisinin sözlərinə görə, tələbatın yüksək olması ilə əlaqədar nərə balığı əti tam həcmdə yerli bazara tədarük olunur. Kürüyə gəldikdə isə, istehsal olunan məhsulun 80%-i ABŞ, BƏƏ və Asiya ölkələrinə ixrac olunur.
Planlara əsasən, “Azerbaijan Fish Farm” 2027-ci ildə maksimum istehsal həcminə (200 ton balıq əti və 10 ton kürü) çatacaq.
Kür Təcrübə Nərə Balıqartırma Zavodunun əsası 1954-cü ildə Neftçala rayonunun Yenikənd kəndində qoyulub.
“Azerbaijan Fish Farm” MMC Azərbaycan ərazisində nərə balığının, alabalığın yetişdirilməsi, eləcə də nərə balığı kürüsü istehsalı üçün müasir texnologiyalarda bir yenilikçidir. Balıqçılıq sənayesinin ən böyük investoru hesab olunan şirkətin Azərbaycanda bir neçə zavodu fəaliyyət göstərir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət