“Silk Way West Airlines” MMC bu həftədən etibarən Bakı-Hyuston və əks istiqamətdə həftəlik müntəzəm reyslərə start verir.
“Aviaşirkət ABŞ-ın ən iri hava limanlarından biri olan Corc Buş Qitələrarası Hava Limanına uçuşlar həyata keçirəcək. “Silk Way West Airlines”, həmçinin Amerika qitəsindəki marşrut şəbəkəsini genişləndirərək, Çikaqo və Dallasa müntəzəm uçuşları davam etdirəcək”, - deyə şirkətin məlumatında bildirilir.
“Amerika qitəsində artan mövcudluğumuz bu regiondakı müştərilərimiz üçün etibarlı və səmərəli yük daşımaları təqdim etmək niyyətimizi təsdiqləyir. Yeni marşrut həm də müştərilərimizi Mərkəzi Asiya və Yaxın Şərq bazarları ilə əlaqələndirmək imkanlarını artıracaq”, - deyə “Silk Way West Airlines” şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas qeyd edib.
Əsası 2012-ci ildə Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət