Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclasıkeçirilib. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
İclas Ər-Riyad şəhərində baş tutub və Səudiyyə Ərəbistanı Palataları Federasiyası, Səudiyyə Ərəbistanının İnvestisiya və KOBİA tərəfindən təşkil olunub.
İclasın işində iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində KOBİA və AZPROMO Azərbaycanın biznes və investisiya imkanları, ixrac potensialı, yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan iş adamları biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri barədə təqdimatlar keçirib.
Tədbirdən sonra iş adamları arasında “B2B” görüşlər təşkil olunub.
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ilin dekabr ayında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış sazişə əsasən yaradılıb.
Şuranın məqsədi sahibkarların təşəbbüslərini dəstəkləmək, iş adamları arasında birbaşa əlaqələrin qurulması, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək etməkdir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət