2023-cü ilin mart ayında Azərbaycanda inflyasiya fevral ayında qeydə alınmış 1,5% səviyyəsində inflyasiyaya qarşı 0,7% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Martda respublikada inflyasiya 0,7% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2% bahalaşıb”, - deyə məlumatda bildirilir.
2022-ci ilin mart ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə inflyasiya 13,6% təşkil edib. Cari ilin mart ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 16,8%, qeyri-ərzaq malları 11,6%, xidmətlər 10,8% bahalaşıb.
Statistik məlumatlara görə, martda ət və ət məhsulları 2,1%, balıq və balıq məhsulları 2,2%, süd və süd məhsulları 0,4%, meyvələr 5,1%, tərəvəzlər 1,7%, qənd, cem, bal, şokolad və konfetlər 0,2%, çay, qəhvə və kakao 0,2%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,9%, spirtli içkilər 0,7% bahalaşıb.
Mart ayında çörək, çörək məmulatları və yarmalar 0,2%, kərə və bitki yağları 0,5%, yumurta 3% ucuzlaşıb.
Tütün məmulatlarının qiymətlərində dəyişiklik baş verməyib.
2023-cü il mart ayının sonuna Azərbaycanda orta illik inflyasiya 13,8% (fevral ayının sonuna 13,9%) təşkil edib. Ərzaq malları üzrə orta illik inflyasiya 17,1%, qeyri-ərzaq malları üzrə 12%, xidmətlər üzrə 10,6% səviyyəsində olub.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 6,9% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət