Azərbaycan prezidenti İlham Əliyev “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nı təsdiq edib.
Qaydanın mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Qaydaya əsasən, Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi barədə qərar Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin sədri olduğu İnvestisiya Şurası tərəfindən qəbul olunur.
Sərbəst vəsait aşağıdakı maliyyə alətlərinə investisiya edilir: dövlət qiymətli kağızlarına; Azərbaycan Mərkəzi Bankının qiymətli kağızlarına; dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlara; qiymətli kağızlar üzrə repo və əks-repo əməliyyatlarına.
Sərbəst vəsaitin investisiyaya yönəldiləcək məbləği, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Fondun Mərkəzi Bankdakı hesabında saxlanılır.
Şərtlərə əsasən, depozitlər yalnız aktivlərin həcminə görə Azərbaycanın TOP-5 banklarında yerləşdirilə bilər. Həmçinin, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10%-dən çox olmamalıdır. Eyni zamanda, banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5%-i həcmindən çox olmamalıdır.
İnvestisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə oluna bilər: investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri; sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi; müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər; digər istiqamətlərdə.
Bundan əlavə, Azərbaycan prezidenti bazar ertəsi “İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nı təsdiq edib. Sərbəst vəsaitin yerləşdirilməsi üçün şərtlər DSMF-nin sərbəst vəsaiti üçün şərtlər ilə eynidir. İnvestisiya gəlirlərinin istifadəsinə gəldikdə isə, Fond onları, o cümlədən «Məşğulluq haqqında» qanun çərçivəsində tədbirlərin maliyyələşdirilməsinə yönəldə bilər. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət