Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov hesab edir ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın maraqlarını əks etdirmir.
“Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir. Eyni zamanda, Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna çevrilə bilər və bu layihə onlarla ölkənin ehtiyaclarını ödəyər, böyük mənfəətini təmin edər”, - deyə o, “Azərbaycan” rəsmi dövlət qəzetində dərc olunmuş məqaləsində yazıb.
Usubov qeyd edib ki, təkcə bu bölgədə yerləşən ölkələrin layihə reallaşandan sonra əldə edəcəkləri mənfəət Zəngəzur dəhlizinin qlobal miqyasda necə böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgəmizlə yanaşı, Avrasiya məkanına da ciddi təsirlər göstərib.
“Yəni münaqişə yalnız Azərbaycana və Ermənistana, yaxud Qafqaza aid ziddiyyətlər və maraqların kəsişdiyi, bəzən də toqquşduğu məkan deyildi. Açıq deməliyik, bölgədə maraqları olan bəzi fövqəldövlətlər, hətta transmilli şirkətlər belə bu problem ətrafında öz mənfəətlərini müəyyənləşdirir, iqtisadi və siyasi qazanclarını güdürdülər”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2024-cü ildə Zəngəzur dəhlizi nəqliyyat (dəmir yolu və avtomobil) infrastrukturunun yaradılmasını başa çatdırmağı planlaşdırır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət