Regionda sülh yalnız İrəvanın Bakı və Ankara ilə münasibətləri normallaşdıracağı və ərazi iddialarından əl çəkəcəyi halda mümkündür. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı deyib.
“Sülh Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması deməkdir. Bunun reallaşdırılması nə dərəcədə mümkündür? Azərbaycanın hərəkətləri sülhün möhkəmlənməsinə nə dərəcədə yönələcək və əgər siyasi-diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşları üçün nə dərəcədə məqbul olacaq və vətəndaşlar bəzən ağrılı kompromislərin həyata keçirilməsinə imkan verəcəkmi?”, - deyə Paşinyan bildirib.
“Beynəlxalq ictimaiyyət 29800 kv.km ərazimizi, daha dəqiq desək, Ermənistan SSR dövründəki ərazini tanıdığını, Ermənistan isə heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığını və heç vaxt da olmayacağını bəyan edərsə, o zaman sülh mümkündür”, - deyə o qeyd edib.
Baş nazir əlavə edib ki, əks halda Ermənistanın inkişafına imkan verilməyəcək.
“Heç kim qəbul etməz ki, biz inkişaf edək və bu gücü başqalarına qarşı yönəldək, ölkəmizin ərazilərini genişləndirək. Belə olan halda digər ölkələrin gündəmi nəinki ölkəmizin inkişafına, ümumiyyətlə Ermənistan dövlətinin mövcudluğuna yol verilməməsi olacaq. Belə bir vəziyyətdə bizə heç kim kömək etməyəcək”, - deyə Paşinyan bildirib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət