“AzerGold” QSC 2023-cü ilin I rübündə beynəlxalq və yerli bazarlarda 8.3 min unsiya qızıl və 33.5 min unsiya gümüşün satışını həyata keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.
“AzerGold” satış əməliyyatları nəticəsində ümumilikdə 27.9 milyon manat vəsait (+13.9%) əldə edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl satışı həcmində 14%, gümüş satışı həcmində 79% artım deməkdir.
Ümumi satış göstəricilərinə 7.3 min unsiya qızıl (+15%), 20 min unsiya gümüşün (+7,6%) ixracı daxildir.
I rüb üzrə ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb edilən vəsait isə 24.1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirlərində 12.6% artım deməkdir.
Daxili bazarda 943 unsiya qızıl və 13.4 min unsiya gümüş satılıb.
“AzerGold” 2022-ci ildə 62,1 min unsiya qızıl (artım 0,9%) və 223,1 min unsiya gümüş (artım 65,9%) hasil edib.
2022-ci ildə “AzerGold” QSC tərəfindən 63.5 min unsiya qızıl (artım 6,1%) və 207.8 min unsiya gümüş (artım 56,3%) satılıb. Qızıl üzrə qeyd edilən ümumi satış həcmindən 59.9 min unsiya, gümüş üzrə isə 193.5 min unsiya beynəlxalq bazarlarda realizə edilib.
2023-cü ildə qızıl hasilatı 62,5 min unsiya, gümüş hasilatı 108,3 min unsiya həcmində nəzərdə tutulur.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. “AzerGold” Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət