“Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”)” publik hüquqi şəxsi 2022-ci ili 1,4 milyon manat məbləğində xalis mənfəətlə başa vurub ki, bu da 2021-ci ilin göstəricisindən 10,3 dəfə azdır.
Agentliyin 2022-ci ilin yekunlarına dair maliyyə hesabatına əsasən “Azərkosmos”un gəlirləri 49,5 milyon manat (azalma 14,4%) təşkil edib. Ötən il “Azərkosmos”un gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşıb.
2022-ci ildə cəmiyyətin əməliyyat gəliri 4,4 milyon manat (azalma 39,7%) təşkil edib, aktivləri 8,3% - 508,6 milyon manata qədər azalıb.
Hesabat ilində “Azərkosmos”un öhdəlikləri 30,6% - 362,06 milyon manata qədər, layihələrin həyata keçirilməsi üçün götürülmüş kredit borcunun məbləği 6,3 dəfə - 31,17 milyon manata qədər azalıb.
2022-ci ildə “Azərkosmos”un kapitalı 4,5 dəfə, nizamnamə kapitalı 61% - 272 milyon 605,88 min manata qədər artıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət