Prezident İlham Əliyev bildirib ki, hökumətə faktiki vergi yığımlarının proqnozları üstələməsi fonunda 2023-cü il dövlət büdcəsinin parametrlərinə yenidən baxılmasını tapşırıb.
“Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək”, - deyə prezident aprelin 18-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, artıq hökumətə göstəriş verilib ki, büdcə dürüstləşməsi aparılsın və Milli Məclisə təqdim edilsin.
“Bu ilin yanvar-mart aylarında vergi və gömrük orqanlarının xətti ilə proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıb. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır”, - deyə dövlət başçısı əlavə edib.
Əliyev hesab edir ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək.
“İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq”, - deyə o vurğulayıb.
Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat (2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 18,3%) təşkil edib. Gəlirlər üzrə plan 104,8% yerinə yetirilib.
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 6 milyard 566,9 milyon manat (artım 16,7%) təşkil edib, proqnoz 111,6% icra edilib.
Nəticədə I rübdə dövlət büdcəsinin profisiti 1 milyard 723,1 milyon manat və ya hesabat dövründə ÜDM-in 5,68%-ni təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 milyard 773,978 milyon manat, xərcləri üzrə proqnoz 33 milyard 353,278 milyon manat, kəsiri üzrə proqnoz 2 milyard 579,3 milyon manat (ÜDM-in 2,4%-i) təşkil edir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət