2023-cü ilin fevral ayında Hindistandan Azərbaycana tütün və onun sənaye əvəzedicilərinin idxalı bu ilin yanvar ayına nisbətən dəyər ifadəsində 40,5% azalaraq $2,86 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Hindistanın Ticarət və Sənaye Nazirliyinin materiallarına istinadən xəbər verir.
2022-ci ilin fevral ayında Azərbaycana tütün və onun sənaye əvəzediciləri idxal edilməyib.
2022-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək (cari maliyyə ilinin 11 ayı) Hindistan Azərbaycana $27,94 milyon dəyərində (2021-ci ilin aprel – 2022-ci ilin fevral ayları ilə müqayisədə artım 13,4 dəfə) tütün və onun sənaye əvəzedicilərini ixrac edib.
Nazirlikdən verilən məlumata görə, bu ilin fevral ayında Hindistandan Azərbaycana $2,28 milyon dəyərində (azalma 0,4%) 12,31 min ədəd smartfon (2023-cü ilin yanvar ayına nisbətən artım 2,5%) ixrac edilib.
2022-ci ilin fevral ayında ixrac həyata keçirilməyib.
2022-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək sözügedən məhsulun ixrac həcmi $21,96 milyon (126,47 min ədəd) təşkil edib.
Cari ilin fevral ayında Hindistandan Azərbaycana əczaçılıq məhsullarının ixracı dəyər ifadəsində 4,8 dəfə - $1,1 milyondan $230 minədək azalıb.
2022-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək Hindistandan Azərbaycana əczaçılıq məhsullarının ixracı əvvəlki maliyyə ilinin müvafiq dövrü ilə müqayisədə 6,6% azalaraq $7,02 milyon təşkil edib.
2023-cü ilin fevral ayında Hindistandan Azərbaycana ixracın ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,2 dəfə artaraq $8,71 milyon təşkil edib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət