“Azersky” peyki istismar müddətindən 1 il daha tez missiyasını başa çatdırıb.
Kosmik Agentliyin (“Azərkosmos”) yaydığı məlumatda deyilir ki, peyklə məlumat mübadiləsi dayanıb.
““Azərkosmos” və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb”, - deyə məlumatda bildirilir.
“Azersky” peyki yer müşahidəsi və ümumilikdə geoinformasiya xidmətləri sahəsində ölkədaxili tələbatın ödənilməsi, milli təhlükəsizliyin təmin edilməsinə dəstəyin verilməsi, ölkəmizdə kosmik sahədə elmi-tədqiqat və kadr bazasının yaradılması və beynəlxalq imicin yüksəldilməsinə xidmət etməklə, həm də kommersiya layihəsi kimi özünü doğruldub.
“Peykin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyə qədər 105 milyon manat ($61,8 milyon) gəlir əldə olunub. Həmçinin müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində ($88,2 milyon) peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olub”, - deyə məlumatda qeyd olunur.
“Azersky” peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb.
Məlumata görə, “Azərkosmos” 2022-ci ildə daha yüksək ayırdetməli müşahidə peyki layihəsinə başlayıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb.
“Azersky” peyki Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi, müdafiə, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərdə, fövqəladə hallarda, neft-qaz, meliorasiya və su təsərrüfatı, turizm, nəqliyyat və yol təsərrüfatı, elmi tədqiqatlarda istifadə üçün nəzərdə tutulmuşdu.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət