“KazMunayQaz” ASC (KMQ) Ceyhan limanından Rumıniya istiqamətində Qazaxıstan neftinin göndərilməsinə başlayıb. Bu barədə şənbə günü milli şirkətin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, KMQ-nin rəhbəri Maqzum Mirzaqaliyev Türkiyənin Ceyhan limanını ziyarət edib və Qazaxıstan neftinin Rumıniyada yerləşən və KMQ-yə məxsus olan “Petromidia” neft emalı zavodu üçün göndərilməsi prosesi ilə tanış olub.
“Azərbaycanın SOCAR şirkəti ilə razılaşmalar praktiki icra müstəvisinə keçib. Bu, gələcəkdə əməkdaşlığımızın inkişafının yaxşı perpektivləri barədə xəbər verir”, - Mirzaqaliyev göndərmə mərasimi zamanı bildirib.
O, “Tenqizşevroyl” şirkətinin rəhbərliyinə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql şərtləri ilə bağlı aparılan danışıqlar silsiləsinə görə təşəkkür edib.
Ceyhan terminalından 80 min ton həcmdə neftin ilk partiyası «Kazmortransflot» Milli Dəniz Gəmiqayırma Şirkətinə (KMQ-nin törəmə təşkilatı) məxsus olan yerli “Alatau” tankeri ilə nəql olunur. Tanker Rumıniyanın Konstantsa limanı istiqmatində yola düşəcək. Tanker ilə daşınan neft “Petromidia” NEZ üçün nəzərdə tutulur.
Ötən ilin sonunda KMQ ilə SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu ilə illik 1,5 milyon ton həcmində neftin tranzitinə dair 5 illik saziş imzalanıb. Bu ilin mart ayında Aktau-Bakı istiqamətində Qazaxıstan neftinin göndərilməsinə başlanılıb. Nəql prosesinə Qazaxıstan və Azərbaycan donanması paritet əsasda cəlb olunub. Aprelin 20-nə olan vəziyyətə görə Aktau limanından 86 min ton yüklənib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət