Asiya İnkişaf Bankı Azərbaycan hökuməti ilə ortamüddətli dövrdə (2023-2026-cı illərdə) təhsil, ASK, nəqliyyat, energetika və dövlət sektorunda idarəçiliyin təkmilləşsdirilməsi sahələrində işləməyi planlaşdırır.
"AİB 2023-2026-cı illərdə regional nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi vasitəsilə regional əməkdaşlığın aktivləşdirilməsində Azərbaycan hökumətini dəstəkləyəcək. Energetikada islahatlar elektrik enerjisinin ötürülməsi və paylanması üçün baza infrastrukturunun inkişafı, həmçinin bu sahədə innovativ təşəbbüslərin tətbiqi ilə dəstəklənəcək. AİB-nin regional irriqasiya şəbəkəsinin yenidən qurulmasında köməyi ASK sektorunda fəallığı artıracaq və ərzaq təhlükəsizliyini təmin edəcək", - “Interfaks-Azərbaycan"a bankdan məlumat verilib.
Texniki peşə təhsilinin inkişafına qoyulan sərmayə Azərbaycanda insan kapitalını möhkəmləndirəcək. Bu, müasir peşə-texniki məktəblərin yaxşılaşdırılmasına və tikilməsinə və islahatların təşviqinə də kömək edəcək.
"AİB Azərbaycanın özəl sektorundakı əməliyyatları, xüsusilə ticarət, maliyyə, kiçik və orta müəssisələrin inkişafı, infrastrukturla bağlı layihələri dəstəkləyəcək. AİB yerli valyutada maliyyələşdirməni (istiqrazların buraxılması vasitəsilə - İF) özəl sektor üçün əlçatan etmək məqsədilə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir", - bankdan vurğulanıb.
AİB-də bildirilib ki, 2022-ci ildə bank Azərbaycana $163,23 milyon məbləğində kredit (birgə malyyələşmə daxil olmaqla) və texniki yardımın ayrılmasını (2021-ci ildə $250 milyon) təsdiq edib.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5,231 milyard məbləğində (84 layihənin reallaşdırılmasına) kredit və qrant ayırıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət