“Həmrəylik halqası” təşəbbüsünün reallaşdırılması Azərbaycana Avropaya qaz tədarükü həcmini artırmağa imkan verəcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bu gün Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və SOCAR arasında imzalanmış əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu şübhəsiz ki, Avropada enerji təhlükəsizliyini möhkəmləndirəcək və Azərbaycana daha çox sayda Avropa ölkəsinə qaz tədarük etmək imkanı verəcək”, - Əliyev imzalanma mərasimində bildirib.
O, bu təşəbbüsə görə Bolqarıstan prezidenti Rumen Radevə minnətdarlığını bildirib. “Bu (təşəbbüs - İF) enerji ehtiyatlarının gələcəkdə şaxələndirilməsi və enerji təhlükəsizliyinin çox vacib və vaxtında atılmış addımıdır. Əminəm ki, bugünkü imzalanma mərasimi əməkdaşlığımızın möhkəmlənməsində daha bir addım olacaq”, - Azərbaycan lideri əlavə edib.
Hazırda Azərbaycan Avropada İtaliya, Bolqarıstan, Yunanıstan və Rumıniyaya qaz tədarük edir. 2023-cü ildə Azərbaycan qazının Avropaya 12 milyard kubmetrə yaxın səviyyədə tədarükü planlaşdırılır.
Xəbər verildiyi kimi, çərşənbə axaşmı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və SOCAR (Azərbaycan) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət