“SOCAR Turkey Enerji” şirkəti 2008-ci ildən bəri “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına ümumilikdə $1,6 milyard sərmayə yatırıb. “İnterfaks-Azərbaycan” agentliyi “SOCAR Turkiye Enerji” şirkətinin məlumatına istinadən xəbər verir ki, bunu “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in (“SOCAR Turkiye Enerji” şirkətinin bölməsi) prezidenti və “Petkim” şirkətinin baş direktoru Anar Məmmədov deyib.
“Biz 2008-ci ildən bəri “Petkim”in bir çox inkişaf sahələrinə, xüsusilə rəqəmsallaşma və innovasiya sahəsinə böyük məbləğdə sərmayə ($1,6 milyard) yatırmışıq. STAR neft emalı zavodu ilə inteqrasiya nəticəsində “Petkim” kompleksinin səmərəliliyi artıb”, - deyə o bildirib.
A.Məmmədov qeyd edib ki, 2022-ci ildə “Petkim” 6,5 milyard TL xalis mənfəət əldə edib ki, bu da onun fəaliyyət göstərdiyi 58 il ərzində rekorddur.
“2022-ci ildə “Petkim”in satışlarının ümumi həcmi 2021-ci illə müqayisədə 70% artaraq 49 milyard TL təşkil edib, pul vəsaitlərimiz 13 milyard TL-yə qədər artıb. Biz 78 ölkəyə $899 milyon dəyərində neft-kimya məhsulları ixrac etmişik. Bu uğur “Petkim”in güclü maliyyə mövqeyi, etibarlı və səmərəli planlama metodları, eləcə də insan resursları ilə şərtlənib”, - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, 15 istehsal və 6 yardımçı müəssisəni özündə birləşdirən “Petkim” kompleksinin orta illik ümumi istehsal gücü təxminən 60 növdə 3,6 milyon ton neft-kimya məhsulları təşkil edir.
“SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında dövriyyədədir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət