Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, TƏBİB-in nizamnamə fondunun məbləği 100 min manat təşkil edir.
TƏBİB-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən və icbari tibbi sığorta fondundan ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. Şura TƏBİB-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir və sədr də daxil olmaqla 5 üzvdən ibarətdir.
TƏBİB-in fəaliyyət istiqamətləri aşağıdakılardır: tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirmək; tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək; tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini təmin etmək; tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasını və bu xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fərmanın mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət