Dörd il ərzində “Şahdəniz” layihəsi üzrə “Mərhələ-3” çərçivəsində əlavə qaz hasilatına başlanıla bilər. Bunu Prezident İlham Əliyev deyib.
“Biz “Şahdəniz” yatağından əlavə qaz gözləyirik. Təqribən dörd ildən sonra, bəlkə də daha tez, biz “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil edəcəyik. “Abşeron” yatağından bir neçə ildir ki, qaz gözləyirik və ümid edirəm ki, bu il buna nail olacağıq. İlk mərhələdə “Abşeron”dan 1,5 milyard kubmetr əldə edəcəyik, daha sonra isə ikinci mərhələnin nədən ibarət olacağına qərar verəcəyik - hansı bazara nəql edəcəyik, yerli, yoxsa xarici? “, - deyə dövlət başçısı mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bildirib.
Konfransın stenoqramı prezidentin saytında dərc olunub.
“Əlbəttə, “Azəri-Çıraq-Günəşli” yatağının böyük potensialı var və BP və SOCAR artıq o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, “Ümid” və” Babək” yataqlarının böyük potensialı var. Orada SOCAR özü fəaliyyət göstərir, ancaq biz xarici tərəfdaşlarla işləməyə hazırıq. “Qarabağ” neft yatağımız var və orada da potensial var”, - deyə Əliyev qeyd edib.
“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-3” yatağın daha dərində yerləşən laylarından qaz hasilatını nəzərdə tutur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC (6,67%).
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
2022-ci ildə “Şahdəniz” yatağından 25,2 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +11,5%) və 4,4 milyon ton kondensat (+4,8%) hasil edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət