Azərbaycan və Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılmasına dair razılığa gəlib. Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilir.
Cümə axaşmı Albaniyanın Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçirilib. İclasdan əvvəl İşçi Qrupunun həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Albaniyanın baş nazirinin müavini – infrastruktur və energetika naziri Bellinda Balluku arasında ikitərəfli görüş keçirilib.
“Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb. Nazir Şahbazov xatırladıb ki, Azərbaycan və Albaniya Avropa ölkələrinin enerji təchizatının diversifikasiyasında və enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan TAP layihəsinin üzvləridir. O əlavə edib ki, Cənub Qaz Dəhlizinin genişlənməsi, Azərbaycanın dəstəyi ilə yerli qazpaylayıcı sistemin qurulması TAP-ın Albaniya üçün faydalarını artıracaq perspektivlərdi”, - məlumatda deyilir.
Nazir əlavə edib ki,, Korça şəhərinin qazlaşdırılmasılayihəsi ilkin texniki-iqtisadi əsaslandırılma mərhələsindədir.
“Qaz şəbəkəsinin qurulacağı təqdirdə nəinki ölkənin enerji balansı şaxələnəcək, həm də Balkan regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində birgə iştirak edəcəyik. HəmçininSOCAR-ın Albaniyada fəaliyyətinə və enerji əməkdaşlığımıza töhfə verəcəkbir sıra yeni layihələr üzrə dəhazırda intensiv məsləhətləşmələr aparılır”, - Şahbazov bəyan edib.
Öz növbəsində, Balluku məlumat verib ki, Şahbazovla görüş zamanl bir çox potensial əməkdaşlıq istiqamətləri müəyyən olunub. Onların arasında hər iki ölkə üçün xüsusi maraq kəsb edən energetika sahəsi yer tutur.
“İşçi Qrupunun iclasında ticarət və investisiyalar, enerji, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur, turizm, mədəniyyət, təhsil və elm sahələri üzrə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Albaniya şirkətləriQarabağ və Şərqi Zəngəzurda, Ələt Azad İqtisadi Zonasında və yaşıl enerji layihələrində əməkdaşlığa dəvət edilib”, - məlumatda deyilir.
İclasın yekunlarına dair İşçi Qrupun əsasında Hökumətlərarası Komissiyanın yaradılması razılaşdırılıb və Protokol imzalanıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət